Tramp hücum əmri verdi: "Heç bir millət və dövlət qatil diktatorları dəstəkləyərək inkişaf edə bilməz"

  • By admin
  • 14 Aprel 2018 09:30

ABŞ prezidenti Donald Tramp ölkəsinin Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyatlarına haqq qazandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.

Onun sözlərinə görə,  havazərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir: “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”.

ABŞ prezidenti bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”.

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

ABŞ prezidenti daha sonra Rusiyaya müraciət edib: “2013-cü ildə prezident Vladimir Putin və onun hökuməti Suriyanın kimyəvi silahının məhv ediləcəyini dünyaya vəd edib. Lakin silahlar məhv edilməyib. Bəşər Əsəd rejiminin bu yaxınlardakı hücumu və hazırda baş verənlər Rusiyanın vədlərinə əməl etməməsinin nəticəsidir. Rusiya qərar verməlidir – “qara yollar”la hərəkət etməyə davam və yaxud sivil ölkələrlə birgə sabitlik və sülhü təmin etmək. İran və Rusiyadan soruşuram: hansı millət, hansı dövlət günahsız kişi, qadın və uşaqların kütləvi qətli ilə əlaqəli olmaq istəyər? Dünya xalqları dəstəklədikləri dostları ilə qiymətləndirilə bilər. Heç bir millət və dövlət qatil diktatorları, amansız tiranları, “izqoy” dövlətləri dəstəkləyərək inkişaf edə bilməz”.

Gununsesi.info