Trampdan skandal Qüds sözü

  • By admin
  • 26 Sentyabr 2016 14:50

tranp
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampdan ikrah doğuracaq növbəti açıqlama gəlib.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtindəki “Trump Tower” binasında İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşən D. Tramp prezident seçiləcəyi təqdirdə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bəyan edib.
Daha sonra D.Tramp İsrail xalqının qonşuları ilə ədalətli və davamlı sülh istədiyini B. Netanyahunun diqqətə çatdıraraq, “bölgədə sül yalnız fələstinlilərin İsraili bir yəhudi dövləti olaraq qəbul etdiyi zaman gerçəkləşəcək” fikrini irəli sürüb.
Məlumata görə, görüşdə həmçinin İran ilə nüvə razılaşması, İŞİD-lə mübarizə, ABŞ-ın İsrailə hərbi dəstəyi və digər təhlükəsizlik məsələləri müzakirə olunub.

Anar

Gununsesi.info