
ABŞ-ın yeni prezidenti Donald Tramp Cənubi Karolina ştatından olan respublikaçı-konqresmen Mika Malveyni İnzibati-Büdcə İdarəsinin rəhbəri vəzifəsinə təyin edib.
Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, prezident Mika Malveynin rəhbərliyi ilə öz administrasiyasının ABŞ-ın büdcəsi ilə bağlı daha düzgün qərarlar verəcəyini bildirib.
Malveyni isə öz potensial təyinatını şərəf adlandıraraq Vaşinqtonda 8 il sonra büdcə və maliyyə balansının bərpa olunacağını söyləyib.
Gununsesi.info