Trampı tutdurmaq istəyən porno-ulduz danışır - HƏR 10 MESAJDAN BİRİ ÖLÜM TƏHDİDİ İLƏ BAĞLIDIR

  • By admin
  • 07 Aprel 2023 14:52

Stormi Daniels Donald Trampın ittiham olunmasından sonra verdiyi ilk müsahibəsində keçmiş prezidentin məsuliyyətə cəlb olunmasını istəsə də, onun həbsxanaya getməsinə inanmadığını söyləyib.

Gununsesi.info-nun xəbərinə görə, porno ulduz bu barədə “The Guardian”a danışıb.

“Daniels Trump-ın ittihamı ilə bağlı danışır” başlıqlı materialda kino ulduzu deyir ki,  keçmiş prezident  məsuliyyətə cəlb edilməlidir:

“Düşünmürəm ki, onun mənə qarşı törətdiyi cinayətlər həbs olunmağa layiq deyil.

Trump-ın məhkəmədə görünməsinin necə hiss edildiyini soruşduqda, Daniels “şok olduğunu” söyləyib: “Mən hesab etdim ki, o, cavabdehlikdən qurtulacaq” .

Daniels, müsahibəsində  təhdidlər aldığını söyləyib: “İndi aldığım hər 10 mesajdan biri ölüm təhdididir və bu tonun getdikcə daha şiddətli hala gəldiyini  görürəm”.

Tərcümə:

Afət