Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsi Azərbaycanın da xeyrinə olacaq - Eldar İbrahimov

  • By admin
  • 09 Noyabr 2016 17:59

eldar-10

“Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsi Azərbaycanın da xeyrinə olacaq”.

Gununsesi.info Modern.az saytına istinadə xəbər verir ki,  bu fikirləri Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Amerikada keçirilən prezident seçkilərinin nəticələrindən danışarkən deyib.
Deputat bildirib ki, Amerika cəmiyyəti hər zaman yeniliklərin tərəfdarı olan xalq kimi tanınıb:

“Biz televiziyalardan da görürdük ki, xalq Trampı dəstəkləyir. Hillari Klinton Türkiyə və Ermənistan sərhədlərinin açılmasına rəhbərlik edən bir insan olub. Düşünürəm ki,  Klintonun prezident seçilməsi Azərbaycan üçün də yaxşı nəticələr verməyəcəkdi. Bu, mənim subyektiv fikrimdir. Amma Trampın seçilməsi bizim ölkəmizin də xeyrinədir. Tramp hər zaman miqrantlarla bağlı çıxışlar edirdi, eyni zamanda, Amerikanın özündə də problemlərin olmağından danışırdı”.

E. İbrahimov Trampın prezident seçilməsini yenilik kimi qəbul etdiyini də deyib:

“Həm də ABŞ-da Demokratlar Partiyası daha nə qədər üstünlük təşkil etməliydi… Nəhayət Respublikaçılar da hakimiyyətə gəlməliydi, ya yox… Bu baxımdan Respublikaçıların namizədi kimi Donald Trampın seçilməsini yüksək qiymətləndirirəm. Tramp ölkələrimiz arasında münasibətlərin inkişafında və daha da yaxşılaşmasında iştirak edəcək. Mən deputat həmkarlarım arasında bu ifadəni hər zaman deyirdim ki, Amerika cəmiyyəti qara nəsilli insanı – Barak Obamanı seçirsə, Trampı da seçər. Amma ən əsas mahiyyət ondan ibarətdir ki, Trampın seçilməsi Azərbaycanın da xeyrinə olacaq. Neytral insan olaraq onun bizə xeyiri olmasa da, ziyanı da olmayacaq”.
Deputat onu da vurğulayıb ki, ən əsası budur ki, dünyada silahlanma bitəcək:
“Çünki, Rusiyaya sanksiyalar qoyulmasından bütün ətraf ölkələr də əziyyət çəkirdi. Bizə lazım olan dünyada sabitliyin olmasıdır. Dünyanın siyasətini həll edən ölkə olaraq Trampın seçilməsi ətraf ölkələr üçün də əlverişli olacaq”.

Gununsesi.info