
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, ölkənin birinci xanımı Melaniya Tramp böyrəyindən əməliyyat olunub.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Əməliyyatın uğurlu keçdiyi bildirilib.
Məlumata görə, birinci xanım bir həftə boyunca “Uolter Rid” milli hərbi tibb mərkəzində həkim nəzarətində olacaq.