
ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı”ı ilə bağlı bəyanatı dezinformasiyaya arxalanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir. Biz gözləyirik ki, ABŞ-ın yeni administrasiyası nifrət yaymağa meylli dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacaq və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacaq”, məlumatda deyilir.
Nəzərinizə çatdıraq ki, Donald Tramp qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” adlandırıb.
Gununsesi.info