Trampın çıxış mətnində koronavirus “Çinvirus” sözü ilə əvəzləndi

  • By admin
  • 20 Mart 2020 20:08

Vaşinqtonda keçirilən koronavirus brifinqi zamanı ABŞ Prezidenti Donald Trampın çıxış mətnində koronavirus sözündəki “Corona” sözü silinərək “Çin” sözü ilə əvəz olunub.

Gununsesiaz.info “Washington Post”a istinadən xəbər verir ki, fotoqraf Ceybin Batsferd tərəfindən çəkilən bu şəkil, Trampın koronavirusun yayılmasına görə Çini günahlandırmaq səylərini artırdığı bir zamanda diqqətləri çəkib.

ABŞ Prezidenti Donald Tramp və ABŞ yerli mətbuatı tərəfindən koronavirusun Çin virusu adlandırılması dünya ictimaiyyəti və’ ÜST rəsmiləri tərəfindən qınaqla qarşılanıb, “Çin virusu” anlayışının həm səhv olduğu, həm də ləkələmə xarakterli olduğu bildirilib.

 

 

Gununsesiaz.info