Trampın da dəstək verdiyi kampaniya işə yaradı: Edama məhkum edilən üç şəxs əfv edildi - FOTO

  • By admin
  • 16 İyul 2020 19:53
İranda hökumət əleyhinə etiraz edən üç nəfər edam cəzasına məhkum edilib.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, lakin sosial mediada gənclərə dəstək olmaq üçün kampaniya başladılıb.
ABŞ prezidenti Donald Trampın da dəstək verdiyi kampaniyaya 8 milyona yaxın insan qoşulub.
İyirmi yaşlarında olan gənclər Amirhossein Moradi, Muhəmməd Rajabi və Said Tamjidi hökumətin benzin qiymətini qaldırmasına etiraz ediblər.
Çox sayda tanınmışların dəstək verdiyi kampaniya nəticəsində hökumət gəncləri edam etməkdən vaz keçib.
Gununsesi.org