Trampın həyat yoldaşı öz kriptovalyutasını satışa çıxarır

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp, yeni kriptovalyutası olan $MELANIA-nı təqdim edib.

Gununsesi.info SB News-a istinadən xəbər verir ki, bu kriptovalyuta, daha əvvəl yaradılan $TRUMP memekkoininə bənzər şəkildə hazırlanıb.

Bildirilir ki, Melaniya, kriptovalyutanın istifadəyə verilməsi barədə Truth Social sosial şəbəkəsində məlumat verib. O, coin-in təqdimatını öz izləyiciləri ilə bölüşərək, yeni layihənin başladığını açıqlayıb.

Məlumatlara görə, $MELANIA memekkoini hazırda CoinMarketCap-də 0,03 dollar qiymətinə təklif olunur.

 

 

Günay

Gununsesi.info