Kamala Harris və Donald Trampın debatında iqtisadiyyatdan tutmuş sərhəd təhlükəsizliyinə qədər bir çox mövzu müzakirə edilib. ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının qarşıdan gələn seçkilərdə prezidentliyə namizədi Donald Trampın mühacirlərin ev heyvanları yediyinə dair iddiaları da diqqət çəkib.
Gununsesi.info NTV -yə istinadən xəbər verir ki, O, Ohayo ştatının Sprinqfild şəhərinin mühacirlər tərəfindən ələ keçirdiklərini qeyd edib:
“Orada itləri yeyirlər. Pişik yeyirlər. Onlar həmin şəhərdə yaşayan insanların ev heyvanlarını yeyirlər. Bu ölkəmiz üçün utancvericidir” bildirib. Bu zaman Harrisin gülüşü kameralara tuş gəlib. O, Trampın iddialarına gülərək, “aşırı şeylərdən bəhs edir”, – deyə qeyd edib.
Səlahiyyətlilər isə Ohayodakı Haitili mühacirlərin belə bir şey etdiyinə dair heç bir dəlil olmadığını deyiblər. Şəhər rəsmiləri bu iddiaların həqiqətəuyğun olmadığını bildirsələr də, Trampın sözləri tez bir zamanda trend mövzusuna çevrilib. Sosial media istifadəçiləri #PetsForTrump hashtagı (#həştəq- məzmunun daha çox insana çatmasına imkan verən ifadələrə verilən ad- red) ilə yüzlərlə şəkil paylaşıblar.