Trampın immiqrasiya fərmanını dərhal dayandırmaqdan imtina edib

  • By admin
  • 11 Mart 2017 07:39

Republican presidential candidate Donald Trump speaks during a campaign stop at Saint Anselm College Monday, June 13, 2016, in Manchester, N.H. (AP Photo/Jim Cole)

ABŞ prezidenti Donald Trampın ilk immiqrasiya fərmanını ləğv edən Sietl federal məhkəməsinin hakimi yeni fərmanın icrasını dərhal dayandırmaqdan imtina edib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, hakim iddianın baxılmasına vaxt tələb olunduğunu bildirib.

Bundan əvvəl bir sıra ştatların prokurorları məhkəməni martın 16-da qüvvəyə minəcəyi nəzərdə tutulan fərmanı ləğv etməyə çağırıb.

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.

Gununsesi.info