Trampın impiçmenti üçün yeni maddələr hazırlandı

  • By admin
  • 09 Yanvar 2021 11:32

ABŞ-ın Nümayəndələr Palatasındakı demokratların hazırkı prezident Donald Trampa impiçment elan etmək üçün 11 yanvar tarixində yeni maddələr təqdim etmələri planlaşdırılır.

 

Gununsesi.org xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən “Reuters” agentliyi məlumat verib.

Bildirilir ki, maddələr konqresmenlər Devid Sisilini (Rod-Aylend ştatı), Ted Lyu (Kaliforniya) və Ceymi Raskin (Merilend) tərəfindən hazırlanıb.

Gununsesi.org