Yanvarın 20-də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inaqurasiya (andiçmə) mərasimi keçiriləcək.
Azərbaycandan rəsmi olaraq andiçmə mərasiminə kimlər qatılacaq?
Bununla bağlı hər hansı dəvət gəlibmi?
Gununsesi.info xəbər veirir ki məsələ ilə bağlı modern.az-ın sorğusuna cavab verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə bir məlumata malik olmadığını deyib.
“Bu barədə heç bir məlumatım yoxdur” .
Milli Məclisin Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə də belə bir dəvətin gəlmədiyini bildirib.
“Amerika prezidentinin andiçmə mərasimində vətəndaşlar, siyasətlə məşğul olan adamlar, partiya nümayəndələri iştirak edir. Çox güman ki, bu dəfə də belə olacaq. Bizə isə andiçmə mərasimində iştirak etmək üçün heç bir dəvət gəlməyib”.
Gununsesi.info