Trampın iştirakı ilə NATO-nun ilk toplantısı keçiriləcək

  • By admin
  • 22 Mart 2017 07:35

trampp

NATO üzvü olan dövlətlərin başçıları mayın 25-də Brüsseldə görüşəcəklər.

Gununsesi.info-nun RİA Novosti informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, liderlər Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk dəfə bir araya gələcəklər.

Alyans nümayəndəsinin məlumatına görə, sammitdə “NATO-nun terrorizmlə mübarizədə rolu və müdafiə xərclərinin artırılmasının vacibliyi, həmçinin ağırlığın daha ədalətlə bölüşdürülməsi məsələsi” müzakirə olunacaq.

Gununsesi.info