Trampın kabinetində türk

  • By Admin2
  • 13 Mart 2025 11:30

ABŞ prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsinə məşhur ürək cərrahı Mehmet Özün bacısı Seval Özün namizədliyini irəli sürüb. Seval Özün qardaşı Mehmet Öz də əvvəllər Səhiyyə Sığorta Departamentinin müdiri vəzifəsinə namizəd olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin saytında dərc olunan namizədlik elanına görə, ABŞ prezidenti Donald Tramp komandasına daha bir türk adını əlavə edib.

Avtonom sürücüsüz nəqliyyat vasitələri üzrə ekspert Seval Öz ABŞ Nəqliyyat Departamentində yeni yaradılmış “katib müavini” vəzifəsinə namizəd göstərilib.

Seval Özün namizədliyi Kaliforniya ştatından Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsinə göndərilib. ABŞ-da müxtəlif departamentlər birdən çox katibin müavini ilə fəaliyyət göstərir.

Ağ Ev hələ Oz-un Nəqliyyat Departamentindəki dəqiq rolunu açıqlamayıb, lakin onun peşəkar təcrübəsi onun idarədə sürücüsüz avtomobil siyasətinə nəzarət etmək üçün cavabdeh ola biləcəyini göstərir.

Orxan

Gununsesi.info