Trampın komandası Maskın əlindən bezib…

İlon Mask Trampa kömək etmək istəyini o qədər fəal şəkildə təklif edir ki, bu, artıq prezident komandasında bəzi şəxsləri narahat etməyə başlayıb.

Gununsesi.info verir ki, bu barədə NBC məlumat verib.

Kanalın məlumatına görə, Tramp seçkiləri qazandığı vaxtdan etibarən Mask demək olar ki, onun Mar-a-Laqodakı iqamətgahında vaxt keçirir. O, Trampla birlikdə bütün vacib görüşlərdə və zənglərdə, o cümlədən keçən həftə Vladimir Zelenski ilə telefon danışıqlarında iştirak edib.

“Trampın ətrafındakılar hesab edir ki, Mask özünü “həmprezident” kimi görür. Hətta öz siyasi ideyalarını və himayədarlarını fəal şəkildə təbliğ edir. Mask hesab edir ki, X sosial şəbəkəsi prezidentlik kampaniyasına fəal dəstək verdiyi üçün Tramp ona borcludur”, – nəşr qeyd edib.

Qeyd edək ki, Donald Tramp İlon Maskdan ayrıla bilmədiyini açıqlamışdı.

Gununsesi.info