Trampın koronavirusun təhlükəli xarakteri barədə əvvəldən səhih məlumatı olub - "The Washington Post"

  • By admin
  • 22 Mart 2020 22:07

 

ABŞ prezidenti Donald Tramp yanvar ayında kəşfiyyat strukturlarının koronavirusun yayılma təhlükəsi barədə verdikləri məlumatlara məhəl qoymayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti informasiya yayıb.

Qəzetin situasiya ətrafında dövlət sistemi içində dolğun məlumata malik etibarlı qaynaqları prezidentin ilk öncə olduqca ləng reksiya göstərdiyni bildiriblər. Belə ki xüsusi xidmət orqanları dövlət başçısına virusun qlobal təhdid törətməsi və Çin tərəfindən məsələnin ciddiliyinin qəsdən azaldılması haqqında ətraflı hesabat təqdim etsə də, Tramp ənənəyə uyğun olaraq onların fikirlərini görməzdən gəlib.

“Deyəsən prezidentin özü bunun fərqində olmayıb, lakin hökumət içində bir çoxları təhlükənin miqyasını bilirdilər, buna rəğmən onu heç bir şəkildə hərəkətə keçməyə məcbur etməyi bacarmadılar”,-deyə mənbə qəzetə söyləyib.

Mərkəz Kəşfiyyat İdarəsi informasiyanı şərh etməkdən boyun qaçırıb. Ağ Evin mətbuat katibi Hoqan Hidli isə ABŞ prezidentinin deyilənlərin əksinə “amerikan xalqının sağlamlığı, mülkiyyətinin və təhlükəsizliyinin müdafiəsi üçün aqressiv və tarixi tədbirlər gördüyünü bildirib. Onun sözlərinə görə, həmin vaxt Demokrat partiyası və müxalif mətbuatın başı sadəcə olaraq prezidentə qarşı qaldırılan qanunsuz impiçmentə qarışmışdı…”.