Türkiyədə Fətullahçı Terror Təşkilatı və Paralel Dövlət Quruluşu (FETÖ/PDY) ilə bağlı aparılan istintaq nəticəsində Aralıq Dənizi Universitetinin keçmiş rektoru Prof. Dr. İsrafil Kürdcephə Antaliyada nəzarətə götürülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya Prokurorluğunun təlimatı üzrə Antalya Mütəşəkkil Cinayətlər üzrə Mübarizə şöbəsinin əməkdaşları səhər saatlarında İ. Kürdcephənin evinə gəliblər.
Belə ki, tibbi müayinədən keçdikdən sonra İ. Kürdcephənin ifadəsi alınmaq üçün ədliyəyə aparılıb.
Qeyd edək ki, İ. Kürdcephənin 2008-ci ilin avqustundan 2015-ci ilin noyabrınadək Aralıq Dənizi Universitetində rektoru vəzifəsində çalışıb.
Anar
Gununsesi.info