
ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib.
Gununsesi.info gazeta.ru-ya istinadən xəbər verir ki, Şon Spayser öz açıqlamasını yersiz adlandırıb.
“Hətta Hitler kimyəvi silahdan istifadə kimi alçaqlığa yol verməmişdi”, – deyə Spayser uğursuz açıqlama verib.
“Biz hətta İkinci Dünya Müharibəsində kimyəvi silahdan istifadə etmədik… Hətta Hitler kimyəvi silahdan istifadə etməyib”, – deyə o, İdlibdə kimyəvi silahdan istifadədə hökumət qüvvələrini ittiham edib.
Gununsesi.info