Trampın müşaviri İlham Əliyevə zəng edib

  • By admin
  • 30 Yanvar 2019 09:38

Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gununsesi.org  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
Gununsesi.org