Trampın oğlu seçki qanununu pozdu - TƏPKİ ALDI

  • By admin
  • 09 Noyabr 2016 00:01

tra1

Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkiləri davam edir. Bir neçə saatdan sonra ABŞ prezidentinin kim olacağı bəlli olacaq. Gununsesi.info-nun Amerika mediasına istinadən verdiyi xəbərə görə, prezidentliyə namizəd Donald Trampın oğlu Eric Tramp səsvermə gizliliyini pozduğu üçün amerikalıların ciddi təpkisinə məruz qalıb. Belə ki, o, atasına səs verdiyi bülletenin fotosunu çəkərək, özünün sosial şəbəkədəki hesabından paylaşıb. Bununla bərabər o, atdığı “Tweet”də “Atam üçün səs verdim. Bu inanılmaz bir qürurdur. O, Amerika üçün müdhiş işlər görəcək” deyə yazıb. 

ABŞ-ın “New York” qəzeti də oğul Trampı tənqid edib.

Gununsesi.info