Trampın olduğu yerdə baş vermiş atışmaya Harrisdən reaksiya

ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından dövlət başçılığına namizəd Kəmalə Harris respublikaçı rəqibi Donald Trampın olduğu qolf klubunun yaxınlığında baş verən atışmaya münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Harris Trampın olduğu yerin yaxınlığında baş verən atışmadan sonra ABŞ-da zorakılığa qarşı çıxış edib: “Mən keçmiş prezident Trampın və onun Florida ştatındakı mülkünün yaxınlığında atışma ilə bağlı xəbərlər aldım və onun təhlükəsiz olmasına şadam. Amerikada zorakılığa yer yoxdur”.

 

Qeyd edək ki, sentyabrın 15-də Trampın seçki kampaniyasının nümayəndəsi Stiven Çunq bildirib ki, ona yaxın ərazidən atəş açılıb və hazırda Trampın heç bir həyati təhlükəsi yoxdur.

Qeyd olunub ki, atəş açılan zaman keçmiş prezident Uest Palm Biçdəki ona məxsus beynəlxalq qolf klubunda qolf oynayıb. Klub dərhal bağlanıb.

 

 

 

Gununsesi.info