Bu gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqon rəhbəri postuna namizəd kimi Dəniz Piyadaları Korpusunun generalı Ceyms Mettisi düşündüyünü təsdiqləyib.
APA-nın məlumatına görə, D. Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp Pentaqon rəhbəri kimi düşündüyü C. Mettislə dünən keçirdiyi görüşün onda böyük təəssürat yaratdığını bildirib.
Qeyd edək ki, D. Tramp bundan öncə C. Mettisin Pentaqon rəhbəri postuna namizədliyi barədə düşünəcəyini bəyan etmişdi. D. Tramp dünən C. Mettis ilə keçirdiyi görüşdən əvvəl ona müdafiə naziri postunu təklif edib-etməyəcəyi barədə suala da konkret cavab verməmiş, bu məsələyə baxacağını bildirmişdi.
Gununsesi.info