Trampın qərargahı Corciyada növbəti dəfə səslərin yenidən sayılmasını tələb etdi

  • By admin
  • 23 Noyabr 2020 09:20

ABŞ Prezidenti Donald Trampın qərargahı Corciya ştatında səslərin növbəti dəfə yenidən sayılmasını tələb edib.

Gununsesi.info bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

D.Trampın qərargahı səslərin sayılması zamanı Corciya ştatının qanunvericiliyinin və ABŞ konstitusiyasının bütün aspektlərinin gözlənilməsinin təmin edilməsini istəyib.

Donald Trampın vəkilləri imzalaların yoxlanılması ilə ədalətli şəkildə səslərin yenidən sayılmasını tələb edib.

Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçirilib. Corciya ştatı qalib gələn namizədə 16 səs əlavə edir. İlkin nəticələrdə Corciya ştatında demokratların namizədi Co Bayden qalib gəlib. Donald Trampın qərargahının etirazlarından sonra səslər yenidən sayılıb və nəticə dəyişməyib.

Gununsesi.info