
ABŞ prezidenti Donald Trampın yanğınla mübarizənin davam etdiyi Kaliforniya ştatına səfəri gözlənildiyi bir vaxtda Los-Anceles şəhərində yeni yanğının baş verdiyi bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Trampın cümə günü səfər edəcəyini açıqladığı Los-Ancelesdəki səlahiyyətlilər, Castaic gölünün ətrafında yeni yanğın baş verdiyini və qismən evakuasiyalara başlanıldığını açıqlayıb.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti tərəfindən bu səhər başlayan yanğının ölçüsünün 500 hektar ərazini əhatə etdiyi barədə məlumat paylaşıldı.
Yerli hakimiyyət orqanları yanğınla əlaqədar bölgədəki ibtidai məktəb və həbsxananın boşaldılmasına qərar verildiyini, bölgədəki bəzi magistral yolların müvəqqəti olaraq nəqliyyata bağlandığını bildirib.
Milli Meteoroloji Xidmətdən verilən açıqlamada həftəsonu bölgədə yağışın gözlənildiyi, lakin bunun davam edən yanğınları söndürmək üçün kifayət etməyəcəyi, az da olsa sürüşmə riskinin olduğu bildirilib.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, Los-Ancelesdə iki həftədən çox əvvəl 6 fərqli bölgədə başlayan yanğınların Palisades bölgəsindəki yanğınların 68 faizi və İtondakı yanğınların 91 faizi nəzarət altına alınıb.
Prezident Donald Tramp yanvarın 19-da verdiyi açıqlamada Ağ Evə qayıtdıqdan sonra ilk səfərinin yanvarın 24-də tarixi meşə yanğınlarından zərər çəkmiş Cənubi Kaliforniyanı əhatə edəcəyini bildirib.
ABŞ-ın Kaliforniya əyalətindəki meşə yanğınlarında 1980-ci illərdən bəri baş verən hər hansı yanğından daha çox yaşayış məntəqəsinin külə çevrildiyi bildirilib.
Los-Ancelesin Sakit Okean Palisades bölgəsində yanvarın 7-də səhər saatlarında başlayan və başda Eaton, Hurst, Sunset və Woodley bölgələrində sürətlə ətraf ərazilərə yayılan meşə yanğınlarında indiyədək ən azı 25 nəfər həyatını itirib.
Minlərlə hektar ərazini məhv edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar olduğu təxmin edilir.
Orxan Saffari