Daha 16 ştat Koloradodan nümunə götürmək qərarına gəlib və ABŞ-ın keçmiş prezidenti Donald Trampın praymerizdən – 2024-cü ildə dövlət başçısı vəzifəsinə namizədin irəli sürülməsi üçün Respublikaçılar Partiyasından olan namizədlərin yerli seçkilərindən məhrum edilməsini tələb edib.
Gununsesi.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New Tork Times” məlumat yayıb.
Bir gün əvvəl Kolorado Ali Məhkəməsinin Donald Trampa praymerizdə iştirakını qadağan etdiyi məlum olub.
Qərar ABŞ Konstitusiyasına edilən 14-cü düzəliş əsasında qəbul edilib. Bu dəyişikliyin üçüncü bəndinə əsasən, üsyanda iştirak etdikdən sonra hərbi və ya mülki vəzifə tutan şəxs dövlət vəzifəsi tuta bilməz.
“Hazırda ən azı 16 ştatda Trampın ABŞ Konstitusiyasına 14-cü Düzəliş əsasında prezident seçilmək hüququnun olmaması ilə bağlı məhkəmə prosesi davam edir”, – nəşr qeyd edir.
Daha əvvəl bildirilmişdi ki, Kolorado Ali Məhkəməsinin üzvləri Trampın praymerizdən kənarlaşdırılması qərarından sonra təhdid axını ilə üzləşiblər.
Qeyd edək ki, Tramp 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri və 2021-ci ilin yanvarında Kapitoliyə hücumla bağlı işlərdə ittiham olunur, o, təqsirini etiraf etmir.
Gununsesi.info