ABŞ-da mühafizəkarlara yaxın “Fox News” telekanalının aparıcısı Hizer Noyert Dövlət Departamentinin mətbuat katibi təyin olunacaq.
Virtualaz.org xəbər verir ki, 47 yaşlı Noyert telekanalda “Fox & Friends” səhər proqramını aparır, bu, prezident Donald Trampın sevimli proqramıdır. Bildirilir ki, Noyert Dövlət Departamentində gündəlik brifinqləri aparacaq.
O, Tramp tərəfdarı olduğunu gizlətmir və sosial şəbəkələrdə prezidentin qızı İvanka Trampı dəstəkləyib. Bundan əvvəl həmin telekanalın digər əməkdaşı Conatan Vaxtel ABŞ-ın BMT-dəki missiyasının mətbuat katibi təyin olunmuşdu.
Gununsesi.info