Trampın sözləri: Sülh planı niyə Rusiyanın xeyrinədir?

Zelenski hələ də ABŞ-nin Ukrayna ilə bağlı sülh planını oxumayıb.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Rusiya Prezidenti Vladimir Putinlə və Ukrayna Prezidenti Zelenski də daxil olmaqla, Ukrayna liderləri ilə danışdıq. Və deməliyəm ki, Prezident Zelenskinin sülh təklifini hələ oxumadığına görə bir az məyus oldum. Bu barədə bir neçə saat əvvəl öyrəndim. Onun xalqı bu planı bəyənir, amma o, bəyənmir.
Rusiya, məncə, bütün ölkəyə sahib olmağa üstünlük verər, amma inanıram ki, Rusiya sülh planından məmnundur. Lakin Zelenskinin bundan məmnun olduğuna əmin deyiləm”, – o bildirib.

Trampın “Rusiya sülh planından məmnundur” deməsi nə deməkdir? Bu, planın Rusiya üçün daha əlverişli olduğunu göstərirmi?

Trampın “Rusiya sülh planından məmnundur” deməsi bir neçə mühüm siyasi siqnal daşıyır və bu siqnallar planın Rusiya üçün daha əlverişli ola biləcəyinə işarə edir.

Əgər Moskva planı “məmnunluqla” qarşılayırsa, bu, ən azı iki şeyi göstərir:

1)Ərazi məsələsində Rusiyanın gözləntiləri nəzərə alınıb.

2) Ukraynanın NATO perspektivi zəiflədilib.

Rusiya adətən danışıqlarda ən azı işğal etdiyi ərazilərdən bəzilərinin öz idarəsində qalmasını istəyir. ABŞ planı Rusiyanın tam geri çəkilməsini tələb etmirsə, bu, Moskva üçün əlverişli variantdır. Üstəlik, Rusiya üçün ən vacib qırmızı xətt Ukraynanın NATO üzvlüyüdir.
Plan NATO məsələsinin dondurulması və ya uzunmüddətli təxirə salınması kimi maddələr ehtiva edirsə, Moskva bunu “qələbə” kimi görəcək.

Tramp faktiki olaraq deyir ki, “Rusiya razıdır, problem Zelenskidədir”.

Bu, iki məqsədə xidmət edir:

1) Zelenskini günahkar kimi göstərmək
2) Zelenski üzərində kompromisə getmək təzyiqi

Bir sözlə, konkret sadalasaq demək olar ki. Rusiya məmnundursa, çox güman, Ukrayna üçün strateji əhəmiyyətli ərazilərin geri qaytarılması tələb olunmur, Ukraynanın NATO inteqrasiyası dayandırılır, Rusiya təhlükəsizlik zəmanətləri əldə edir, Sanksiyaların yumşaldılması barədə qeyri-rəsmi mexanizmlər olur.

 

 

Elmar

Gununsesi.info