Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib

  • By Günel
  • 07 Avqust 2025 08:25

ABŞ prezidenti Donald Tramp təsdiq edib ki, qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb:

“Qarşılıqlı tariflər gecə yarısı qüvvəyə minib”, – deyə o bildirib.

Trampın fikrincə, idxal tarifləri Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir ABŞ-la ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən milyardlarla dollar cəlb edəcək.

Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.

Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib.

Gununsesi.info