Trampın tərəfdarları parlament binasına HÜCUM ETDİLƏR

  • By admin
  • 23 Dekabr 2020 09:48

Donald Trampın tərəfdarları ABŞ-ın Oreqon ştatının parlamentinə hücum edərək qanunvericilik binasına daxil olublar.

Gununsesi.info CBS telekanalına istinadla xəbər verir ki, Oreqon ştatının parlamenti bu bölgə sakinlərinə hökumət yardımlarının verilməsi layihəsini araşdırarkən Trampın tərəfdarlarından bir qrupu binanın içinə keçərək təhlükəsizlik qüvvələri ilə toqquşublar.

Həmin şəxslər təhlükəsizlik qüvvələrinin göstərişlərinə məhəl qoymadan binaya giriblər və polis qüvvələrinə tərəf bibər qazı buraxıblar.

Polis hücum edənlərdən iki nəfəri həbs edib.

Gununsesi.info