Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı

  • By arzu
  • 17 Noyabr 2019 09:58

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün tibbi müayinədən keçib.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, TASS-ın yaydığı məlumatda Ağ evin mətbuat katibi Stefani Qrişem müayinənin nəticələrini açıqlayıb.

ABŞ prezidenti Merilend ştatında yerləşən Uolter Rid adına xəstəxanadan tibbi müayinədən keçib. Müayinəyə səbəb Trampın 2020-ci ildə prezident seçkiləri zamanı vaxtını səmərəli sərf etmək istəməsi olub.

Müayinənin nəticəsinə görə, Trampın sağlamlığında heç bir problem aşkarlanmayıb. Qrişem bildirib ki, ABŞ-ın hazırki prezidentinin sağlamlığı ilə bağlı heç bir şikayəti yoxdur.

Gununsesi.org