

ABŞ prezidentinin həyat yolsaşı Melaniya Tramp bugünlərdə Fransada yenicə prezident kürsüsünə əyləşmiş Emmanuel Makronun özündən yaşca böyük olan həyat yoldaşını- Bricitt Makronu əməlli-başlı qısqanıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu “qısqanclıq” NATO-nun sonuncu zirvə toplantsında iştirak etmək üçün Brüsselə gələn dövlət başçılarının birinci ledilərinin iştirak etdiyi bir sərgidə müşahidə olunub, yəni, gözlərdən yayınmayıb.


Belə ki, Makronun həyat yoldaşı öz davranışı və geyimi ilə sərgiyə qatılanların, eləcə də digər birinci ledilərin daha çox diqqətinə-ilgisinə səbəb olub, belə demək mümkünsə, Trampın xanımı onun “kölgəsində” qalıb.
Bu isə xanım Trampı əməlli-başlı “qısqandırıb”.
Sonra növbəti tədbirlərdən birinə qatılan birinci ledilər arasında xanım Tramp bahalı və şux geyimi ilə daha çox ilgi çəkib.
Məlumatlara görə, onun əyninə gedyindiyi pencəyin qiyməti isə nə az-nə çox 51 min ABŞ dolları təşkil edib.
O, havanın isti olmasına baxmayaraq, tədbir boyu pencəyini əynindən çıxarmayıb.
Xanım Tramp daha sonra eyni firmanın məhsulu olan digər bahalı paltarı geyinərək, gözləri qamaşdırıb və beləliklə Makronun xanımından “öcünü” alıb.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info