Trampın Yaxın Şərq üzrə baş müşaviri postunu tərk etdi

  • By admin
  • 28 İyul 2017 09:03

tramp-5

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə baş müşaviri Derek Xarvi vəzifəsini tərk edib.

Gununsesi.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə,  D.Xarvinin üzvü olduğu Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Maykl Enton bu məlumatı təsdiqləyib.

Məlumata görə,  D.Xarvinin vəzifədən getməsi Suriya, İran və İraqdair məsələlər üzrə Ağ Evin daxilində fikir ayrılıqları fonunda baş verib.

D.Xarvi  prezidentin Yaxın Şərq üzrə baş müşaviri vəzifəsinə prezidentin milli təhlükəsizlik üzrə sabiq müavini  Maykl tərəfindən irəli sürülmüşdü.  M.Flinn Rusiya səfiri Sergey Kislyakla təmaslarına görə ABŞ-da qalmaqal fonunda vəzifəsindən azad edilmişdi.

“Foreign Policy” bildirir ki, Xarvi İrana qaşı sərt mövqe tutmağa və ABŞ-ın ordusunun Suriyada sayını artırmağa çağırırdı.

Gununsesi.info