Trampın zəfərindən sonra nüvə silahı axtarışı -"GOOGLE"DA ƏN ÇOX AXTARILAN SÖZ

  • By admin
  • 10 Noyabr 2016 10:41

google

ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Google-da ən çox axtarılan kəlmə diqqəti cəlb edib. Bu, “nüvə silahı”dır. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, informasiyalar araşdırılarkən məlum olub ki, ABŞ, daha sonra İngiltərə, İrlandiya və Avstraliya kimi ölkələrdə bu gün ən çox “nüvə silahı” ifadəsi axtarışa verilib. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Tramp xarici siyasət, iqtisadiyyat, sosial məsələlər ilə yanaşı, Ağ Evi, baş komandanlığı, prezident təyyarəsini və helikopteri, xidməti maşını, həmçinin, nüvə silahının şifrələrini təhvil alacaq. Onu da qeyd edək ki, ABŞ-ın sabiq vitse-prezidenti Coy Biden bir müddət əvvəl verdiyi açıqlamasında nüvə kodlarının Trampa əmanət edilməyəcəyini bildirmişdi. Demokrat Partiyasının üzvü Hillari Klinton da buna bənzər fikirlərini Twitter sosial şəbəkəsi vasitəsilə ifadə etmişdi. Nigar Cəfərli Gununsesi.info