Trampla Ərdoğan arasında telefon danışığı olub

  • By admin
  • 08 Fevral 2017 09:31

tramp-erdo

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qırx beş dəqiqə çəkən görüşdə ikitərəfli əlaqələr və terrorla mübarizə məsələləri müzakirə olunub.

D.Tramp ölkəsinin strateji tərəfdaşı və NATO-nun müttəfiqi olan Türkiyəyə dəstəyini ifadə edib, terror təşkilatı İŞİD-ə qarşı mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib.

Ərdoğan iki ölkənin dost və müttəfiq olduğunu bildirib, D.Trampa prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb.

Gununsesi.info