ABŞ Prezidenti Donald Trampla Böyük Britaniya Baş naziri Tereza Mey arasında telefon danışığı baş tutub.
Gununsesi.info xəbər verir ki, tərəflər Suriyadakı son siyasi vəziyyəti müzakirə ediblər.
“Liderlər Suriya Prezidenti Bəşər Əsədin suriyalıların taleyinə biganə yanaşması, önəmsəməməsini qınayıblar. Prezident və baş nazir kimyəvi silahdan istifadəyə imkan verilməməsi barədə razılığa gəliblər”, – deyə bildirilib.
Gununsesi.info