Trampla Putinin görüşü yarım saat çəkəcək

  • By admin
  • 07 İyul 2017 07:38

tramp-putin

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Hamburqda “G-20” sammiti çərçivəsində baş tutacaq ilk görüşü təxminən yarım saat davam edəcək.   

Gununsesi.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə, Ağ Evin dərc etdiyi Trampın proqramına əsasən, görüş planlaşdırıldığı kimi Bakı vaxtı ilə 17.45-də  “Hamburg Messe” sərgi mərkəzində başlayacaq. Görüşün təkbətək yox, geniş formatda keçiriləcəyi qeyd olunub.

Trampın qrafikinə əsasən, Bakı vaxtı ilə saat 18.20-də Tramp sərgi mərkəzini tərk etməyi planlaşdırır.

Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı  mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Gununsesi.info