Trampla Səudiyyə kralı arasında telefon danışığı olub

  • By admin
  • 21 Dekabr 2017 12:04

Tramp Səudiyyə kralı Salmanla Yəməndən onun Ər-Riyaddakı rezidensiyasına atılan raket və İrana qarşı birgə mübarizə məsələsini müzakirə edib.

Gununsesi.info tass-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı kralı Salman Abduləziz əl-Səud arasında telefon danışığı olub.

Telefon danışığı zamanı tərəflər Yəməndən Husilərin kral Salmanın Ər-Riyaddakı rezidensiyasına raket zərbəsi cəhdi və İrana qarşı birgə mübarizə səyləri müzakirə olunub.

Telefon danışığı zamanı bildirilib ki, Ər-Riyada atılan raket İran İslam Keşikçiləri Korpusunun dəstəyi ilə atıldığı qeyd olunub. Kral eyni zamanda ölkəsinin Yəmənlə bağlı planlarını açıqlayaraq deyib ki, bundan sonra Yəməndə humanitar böhranı yumşaltmaq niyyətindədir.

Tərəflər eyni zamanda, BMT səviyyəsində İranı beynəlxalq normaları pozduğuna görə məsuliyyətə cəlb olunması istiqamətində qarşılıqlı fəaliyyət göstərilməsi müzakirə olunub. Tərəflər həmçinin, Yəməndə  müharibəyə son verilməsi ilə bağlı siyasi proseslərin aktivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, iki gün öncə Yəməndə Husilər tərəfindən Ər-Riyada kralın Yamama sarayını vurmaq məqsədi ilə “Burkan-2” ballistik raketi atıblar və bu raket Səudiyyənin hava hücumundan müdafi sistemi tərəfindən məhv edilib.

Gununsesi.info