
ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokratlar partiyasından rəqibi Hilary Klintonu 2% səslə qabaqlayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CNN/ORC şirkəti məlumat verib.
Sentyabrın 1-4-ü tarixlərində keçirilən rəy sorğularına əsasən, potensial seçicilərin 43%-i Klintona, 45%- isə Trampı dəstəkləyəcəklərini deyib.
Qeyd edək ki, son həftələrdə Hillari Klintonun Donlad Tramp qarşısında üstünlüyünün sürətlə azaldığı üzə çıxıb. Belə ki, avqustda keçirlilən rəy sorğusunda Klinton Trampı 3% səslə qabaqalamışdı.
Gununsesi.info