Transseksual millət vəkil olmaq uğrunda mübarizəyə qatılır - O, CİNSİ AZLIQLARIN HÜQUQLARINI MÜDAFİƏ EDƏCƏK - FOTOLAR

  • By admin
  • 10 Oktyabr 2017 15:42

10931059_903121009751979_349248937406318520_n

Transseksual Niler Albayrak Türkiyədə növbəti parlament seçkilərində CHP-dən namizədlər siyahısında yer alıb. Bununla da Niler Albayrak Türkiyədə ilk transseksual olaraq millət vəkil olmaq uğrunda mübarizəyə qatılacaq.

Gununsesi.info “cnntürk”ə istinadən xəbər verir ki, artıq N.Albayrak  CHP siyahısında İstanbulun Avçılar məhəlləsindən 3-cü seçki dairəsindən millət vəkili namizədliyi adını qazanıb. 345 CHP-lidən 227-si N.Albayrakın CHP-dən namizəd olmasına səs verərək, onun namizədliyini dəstəkləyib.

N.Albayrak deyib ki, millət vəkili seçiləcəyi təqdirdə Türkiyədə haqqı pozulan cinsi azlıqların hüquqlarını müdafiə edəcək. N.Albayrak bu açıqlamasından sonra ona şoxsaylı zənglər edilərək dəstəklədiklərini bəyan ediblər. Onun sözlərinə görə, “Pəmbə həyat” (Çəhrayı həyat),  “Qırmızı Şəmsiyyə Cinsəl Sağlıq və İnsan Hakları Derneyi”, “Kaos GL Derneyi” və digərləri mənə dəstək verəcəklərini bəyan ediblər.

N.Albayrak Türkiyədə transseksual olduğunu etiraf edib parlament seçkilərinə qatılan ilk şəxs olduğunu deyib.

turkiyenin_ilk_transeksuel_milletvekili_adayi_chpden_h124245

chpnin_transeksuel_aday_adayi_h34894

Gununsesi.info