Tranzit çaylarda hazırki vəziyyət

  • By admin
  • 29 Avqust 2016 17:19

Ekologiya ve Tebii Servetler Nazirliyi 130112 1_700x390

Ötən günlər ərzində ölkə çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Gununsesi.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edib.

Avqustun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 143 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edib. 2015-ci ildə isə bu göstərici 95 m3/s təşkil edərək ongünlük normanın 138 faizini təşkil edib.

Avqustun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühim dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Salyanda 3 sm artım qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 sm (2015-ci il avqustun 29-da 360 sm), Salyanda 147 sm (2015-ci il avqustun 29-da 116 sm), Bankədə 179 sm (2015-ci il avqustun 29-da 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2015-ci il avqustun  29-da 78 sm) təşkil edib.
Gununsesi.info