Trass istefa ərizəsini krala təqdim edib

  • By admin
  • 25 Oktyabr 2022 14:32

Böyük Britaniyanın Baş naziri postundan istefa vermiş Liz Trass ərizəsini kral III Çarlza təqdim edib və istefası qəbul olunub.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, bundan əvvəl o, Baş nazir kimi sonuncu çıxışını edib.

L.Trass deyib ki, indi əvvəlkindən daha çox cəsarətli olmaq lazımdır.

Eyni zamanda bildirilib ki, yeni Baş nazir seçilən Rişi Sunak hazırda Bukinqem sarayındadır, O kral III Çarlzla görüşdükdən sonra Baş nazir kimi fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Liz Trass sentyabrın 6-dan oktyabrın 20-dək Baş nazir postunda olub. Daha sonra istefa verən Trassın yerinə oktyabrın 24-də Rişi Sunak seçilib.

Gununsesi.info