Trass Rusiyadakı keçmiş səfiri özünə müşavir təyin etdi

Böyük Britaniyanın Baş naziri Liz Trass Rusiya və Ukraynadakı keçmiş səfir, Avropa İttifaqındakı sabiq daimi nümayəndə Tim Barrou milli təhlükəsizlik üzrə müşavir təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

HTML tutorial

“O, xarici siyasət və milli təhlükəsizlik sahələrində zəngin təcrübəyə malikdir və Kiyev, Moskva və Avropa İttifaqında səfir vəzifələrində çalışıb. Xarici İşlər Nazirliyinin siyasi direktoru kimi o, xarici siyasətin ən ciddi məsələləri ilə məşğul olub”, – Baş nazirin ofisinin bəyanatında deyilir.

Barrou 2006-2008-ci illərdə Böyük Britaniyanın Ukraynadakı səfiri, 2011-2015-ci illərdə Britaniyanın Rusiyadakı diplomatik missiyasının rəhbəri olub. Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri kimi Barrou 2021-ci ildən bu vəzifədə çalışan Stiven Lavqrovu əvəz edəcək.

Gununsesi.info