TRT-də FETÖ əməliyyatı - 34 NƏFƏR SAXLANILDI

  • By admin
  • 12 İyul 2017 10:24

trt-1
Fətullahçı Terror Təşkilatının (FETÖ) TRT telekanalında təşkilatlanamsı ilə bağlı Ankara Baş Prokurrluğunda aparılan araşdırma davam etdirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma nəticəsində “ByLock” ünsiyyət sistemindən istifadə edən TRT-nin 34 nəfər keçmiş əməkdaşı nəzarətə götürülüb.

Qeyd edilir ki, ümumilikdə TRT-nin “ByLock” ünsiyyət sistemindən istifadə edən 68 sabiq əməkdaşı barəsində həbs qərarı çıxarılıb

Əməliyyat Ankara Polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.

Anar
Gununsesi.info