TRT-nin 42 əməkdaşı saxlanılıb

  • By admin
  • 12 Avqust 2016 10:30

trt

Türkiyənin dövlət Teleradio Şirkəti olan TRT-nin 42 əməkdaşı saxlanılıb.

Gununsesi.info “Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, proses FETÖ-nun dövlət çevrilişi cəhdinə görə aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Bildirilir ki, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin və prokurorluğun əməkdaşları onları TRT-nin binasından götürüb. Aralarında xəbər aparıcısının da olduğu 42 nəfər ifadə verib. Azadlıqda olan digər əməkdaşların da saxlanılması istiqamətində iş aparılır.

 

Gununsesi.info