TRT-nin Bakı ofisinin rəhbəri dəyişdi

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 11:08

trt-1

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın səlahiyyət müddəti başa çatıb. Bu vəzifəyə Murat Akkoç təyin edilib.

M.Akkoç uzun müddət “TRT Avaz” kanalının koordinatoru vəzifəsində çalışıb. Onun Azərbaycan həqiqətlərinin bu telekanal vasitəsilə dünyaya çatdırılmasında müstəsna xidmətləri var.

Gununsesi.info