Fransanın paytaxtı Parisdə keçirilən 2024-cü il Olimpiya Oyunları davam edir. Dünyanın hər yerindən Qəzza zolağında gənc və yaşlı günahsız insanları hədəf alan və şəhid edən sionist İsrailə reaksiyalar artır.
Gununsesi.info Yenişafak-a istinadən xəbər verir ki, TRT İdman kanalının spikeri Hünkar Mutlu Olimpiadada iştirak edən sionist İsrail idmançısı Meyron Amir Çerutinin adını açıqlamayıb. İsrailli idmançının adını açıqlamayaraq səssiz qalan diktor Hünkar Mutlunun davranışı sosial mediada böyük əks-səda yaradıb.
Eyni zamanda Paris Olimpiadasına qatılan ölkələrin paradında TRT-nin spikeri Cüneyt Kıran da işğalçı İsraili açıqlamamışdı.
Günel
Gununsesi.info