
ABŞ prezidenti Donald Tramp ölkədəki müsadirə qanununu əsas gətirərək Cənubi Afrikaya maliyyənin kəsiləcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Cənubi Afrika hökuməti Trampın qərarına diplomatik cavab verib.
Tramp sosial mediada Cənubi Afrikada torpaqların zəbt edildiyini və əhalinin müəyyən bir hissəsi ilə “çox pis” rəftar edildiyini bildirib. Tramp, “ABŞ buna icazə verməyəcək, biz hərəkətə keçəcəyik. Bu məsələ ilə bağlı istintaq tamamlanana qədər Cənubi Afrikaya bütün maliyyəni kəsəcəyəm” dedi.
Keçən ay Cənubi Afrika Prezidenti Siril Ramafosa irqi bərabərsizliyi aradan qaldırmaq üçün dövlətin ictimai fayda məqsədləri üçün torpaqları ələ keçirməsini asanlaşdıran qanun layihəsini imzaladı.
Cənubi Afrika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Biz inanırıq ki, prezident Trampın müşavirləri Cənubi Afrikanın konstitusiya demokratiyası çərçivəsində siyasətini tam başa düşmək üçün istintaq prosesindən maksimum yararlanacaqlar”.
Bəyanatda, qüvvəyə minən özgəninkiləşdirmə qanununun müstəsna olmadığı və bir çox ölkədə oxşar qanunların olduğu başa düşülə biləcəyi vurğulanıb.
ABŞ sonuncu dəfə 2023-cü ildə Cənubi Afrikaya təxminən 440 milyon dollar yardım göstərməyi öhdəsinə götürmüşdü.
Orxan Saffari