Trump kampaniyası tədqiqat təşkilatını ittiham edir

ABŞ prezidentliyinə namizəd Donald Trampın qərargahı CBS News kanalını və YouGov tədqiqat təşkilatını məlumatlarla manipulyasiya etməkdə ittiham edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ittihama səbəb ölkədə keçirilən hipotetik seçkidə vitse-prezident Kəmalə Harrisin qalib gəldiyini göstərən sorğunun nəticələrinin hesablanması olub.

Bildirilib ki, CBS və YouGov-un qeydiyyatdan keçmiş seçicilər arasında apardığı son sorğu, Tramp və Kamala Harris arasında milli birbaşa səsvermədə səhv marjasının dəyişdiyini göstərib.

Sənəddə həmçinin qeyd olunur ki, dəyişiklik “tamamilə metodoloji qərarın nəticəsidir”. Kampaniya nümayəndəsinin fikrincə, bu manipulyasiya olmasaydı, Ağ Evin keçmiş rəhbəri Tramp 51-dən 49-a qədər liderliyi qoruyub saxlaya bilərdi.

Sözügedən araşdırma iyulun 30-dan avqustun 2-dək aparılıb. Sorğuda ümumilikdə 3102 qeydiyyatdan keçmiş seçici iştirak edib, səhv fərqi təxminən 2,1 bal təşkil edib.

Qeyd edək ki, Tramp daha əvvəl Harrisin digər ölkələrin liderləri ilə rəqabət qabiliyyətini qiymətləndirmişdi.

 

 

Şəbnəm

Gununsesi.info